ABŞ-yə getmək istəyənlərin Nəzərinə

ABŞ-yə getmək istəyənlərin Nəzərinə

ABŞ Azərbaycanda viza müsahibələrinə yazılma platformasını dəyişmək qərarına gəlib. 30 may tarixindən etibarən köhnə sistem olan ais.usvisa-info.com artıq işləməyəcək, onun yerinə usvisascheduling.com saytı istifadə olunacaq.

Bu nə deməkdir:
• Əgər siz artıq 19 mayadək müsahibəyə yazılmısınızsa, heç nə etməyə ehtiyac yoxdur. Qeydiyyat saxlanılacaq, görüş qüvvədə qalır.
• Əgər siz yalnız konsulluq rüsumunu ödəmisiniz, amma hələ müsahibəyə yazılmamısınızsa, 19 maya qədər vaxtınız var. Bu tarixdən sonra sistem yalnız oxuma rejiminə keçəcək və yeni görüşlər təyin etmək mümkün olmayacaq.
• 19 maydan 29 maya qədər köhnə sayt “arxiv” rejimində işləyəcək: bu müddət ərzində heç bir əməliyyat (görüşün dəyişdirilməsi, ləğvi, yeni qeydiyyat və ya sorğular) mümkün deyil. Bu nasazlıq deyil, yeni sistemə keçid mərhələsidir.