Ryanair-dan yenilik

“Ryanair”də minik talonları noyabrdan yalnız onlayn olacaq
Artıq 3 noyabrdan etibarən bütün “Ryanair” sərnişinləri aviaşirkətin tətbiqində “check-in” etməli olacaqlar. Beləcə, kağız biletlər tarixə qovuşur. Bu yolla ildə 300 ton kağıza qənaət ediləcək. Əgər hava limanında telefon itərsə, yaxud enerjisi bitərsə, “Ryanair”in əməkdaşları sizin qeydiyyatınızı tapacaqlar.
Əsas odur ki, öncədən qeydiyyatdan keçməyi unutmayasınız. Yaşlı sərnişinlərə bu işdə yaxınları kömək edə bilərlər – bunu “Ryanair”in rəhbərliyi məsləhət görür.
Bundan başqa, hava limanında öz smartfonunuzda “check-in” noyabrdan pulsuz olacaq. İndidən “Ryanair” uçuşlarında bu vacib yeniliyi nəzərə alın ki, cəriməsiz, rahat mənzil başına çatasınız.