Uşaqlarla səyahət

puteshestvie, travel, travelling, children, infant, flight
Baxış: 39

Uşaqlarla səyahət zamanı insanlar bəzən müxtəlif çətinliklərlə üzləşirlər. Qarşılarına çıxan xırda sürprizlər heç də həmişə xoş olmur. Baxmayaraq ki, bu narahatçılıqlar ilk baxışdan kiçik görünsələr belə, onlar səfərin xoş təəssüratını pozmaq üçün kifayət edə bilər. Bu çətinliklərin öhtəsindən gəlmək üçün özünüzü və uşağınızı qarşıdakı uçuşa əsaslı hazırlamaq lazımdır. Təcrübəli səyyahların dediyinə görə, sən demə en xoşagəlməz hallar məhs uçuş zamanı yaranır.

Ən başlıca, uşağınızla səfər planlaşdırarkən mövcut tariflərlə tanış olmalısınız.

Üç tarif mövcuddur:
- 2 yaşa qədər uşaq (infant). Uşaq sizin qucağınızda əyləşərək sizin təhlükəsizlik kəmərinizlə qorunur. Adətən, belə biletin qiyməti böyüklərin bileti dəyərinin 10% -ni təşkil edir. Low cost aviaşirkətlərdə qiymət sabitdir. Bu tarifin biletlərinə baqaj daxil deyil.
- 2-dən 11 yaşa qədər olan uşaq (child). Adətən, qiymət böyüklər üçün nəzərdə tutulmuş bilet qiymətinin 50-75% -ni təşkil edir. Uşaq ayrı oturacaqda əyləşir. Bu tarifə aid olan biletə baqaj daxildir.
- 12 yaşdan yuxarı olan uşaq. Biletin qiyməti böyüklər üçün biletin qiymətinə bərabərdir. Baqaj daxildir.

Uşaqla birlikdə qeydiyyatdan keçərkən üzərinizdə bir sıra sənədləri olmalıdır.: 
- Doğum haqqında şəhadətnamə (tez-tez sərhədçilər tərəfindən soruşulur)
- Pasport
- Viza

Əgər uşağınız bir valideynlə səfərə çıxırsa, digəri isə ölkədə qalır və ya etibarlı bir şəxslə yola düşürsə, bu zaman qanunvericilikdə nəzərdə tutulmuş şəkildə notarial təstiqlənmiş icazə sənədi təqdim olunmalıdır. Bu sənəd həmin vaxtda, həmin şəxslə və həmin ölkəyə səyahət etmək üçün olmalıdır.
Sizə onlayn qeydiyyatdan keçməyi məsləhət görürük, çünki bu halda sizə əvvəlcədən seçdiyiniz oturacaqlar təqdim olunacaq. Unutmayın ki, bir çox təyyarələrdə 1-ci, 2-ci və 3-cü sıralarda, eləcə də qəza çıxışın yanındakı oturacaqlar arxaya çəkilmir və oturacaqlar arasındakı qoltuqlar qaldırılmır. Bu, uşağınızın rahat yatmasına mane ola bilər.
Bir çox hava limanında "fast line" xətləri var. Onlar ödənişli olur  və oradan əsasən biznes sinfin sərnişinləri keçib. Amma uşaqlarla birlikdə olduğunuz zaman, bu xidmətdən istifadə etməklə hava limanında rahat hərəkət etməyinizi təmin edə bilərsiniz. Bundan əlavə, bu xidmətdən istifadə, sizə biznes lounge-dan istifadə etmək imkanı verəcək.
Uşaqla səyahət zamanı uçuş seçərkən, uçuş saatlarına diqqət yetirin. Uşaq nahardan sonra bir neçə saat yatırsa, o zaman məhs o saatlara uyğun gələn uçuşu seçin. Yol boyu həm valideynlər həm uşağın rahat olmağını təmin etmiş olacaqsınız.
Yola çıxarkən uşağınızı buna qabaqcadan hazırlayın. Çünki səyahətqabağı hazırlıq yalnız böyüklər üçün deyil, kiçiklərə da lazımdır. Onlara qısa təlim keçirdin. Xüsusilə, əgər bu onların ilk uçuşudur. Təyyarədə necə davranmalı olduqlarına dair qaydalar olduğunu başa salın. Orada təhlükəsizlik kəmərini bağlamalı və ayağa qalxmamalıdırlar. Bir gün öncədən təyyarə salonuna götürəcəkləri çantanı özləri tərəfindən yığmalarına şərait yaradın. Bu onlara qarşıdakı səfərə daha məsuliyyətli yanaşmağa imkan verir. Sevimli oyun, kitab və ya planşetdəki cizgi filmi, uçuş vaxtı yüksək əhval ruhiyyədə olmalarına kömək olacaq.
Soyuq bir ölkədən isti iqlimi olan ölkəyə uçarkən salona dəyişmək üçün paltar götürməyi unutmayın. Körpəniz üçün yemək götürün. Əksər aviaşirkətlər çox vaxt dadlı yemək təqdim etsələr də, uşaqlar, bir qayda olaraq, bunu bəyənmir. Özünüzlə götürdüyünüz qida bisqvit, sevimli sendviç və ya sıyıq ola bilər. Təyyarə salonuna 100 ml qədər maye ilə daxil olmağa icazə verilir, uşaqla olmanız bu qaydanı istisna edə bilər. Özünüzlə meyvə suyu götürün və gömrük əməkdaşına uşağınızın bu şirəni mütlək içməli olduğunu bildirin.