Şengen vizası üçün Sığorta niyə vacibdir?

Avropaya səfər edirsən? Unutma, sığorta vacibdir!
Niyə sığorta vacibdir?
1. Şengen vizası üçün məcburidir
Avropanın əksər ölkələri Şengen zonasına daxildir və bu ölkələrə səfər etmək üçün Şengen vizası tələb olunur. Şengen qaydalarına görə:
• Səfər sığortası məcburidir
• Sığorta minimum 30.000 avro məbləğdə tibbi xərcləri əhatə etməlidir
• Bütün Şengen ölkələrində keçərli olmalıdır
• Vəfat, qəza və təcili tibbi yardım xərclərini qarşılamalıdır
2. Tibbi yardım çox bahalıdır
Avropada adi bir xəstəxana müayinəsi və ya təcili yardım çox baha başa gələ bilər.
Məsələn:
• Ambulans çağırışı: 300-500 avro
• Xəstəxana xərcləri: minlərlə avro ola bilər
• Sığorta bu xərcləri qarşılayır və səyyahı maddi zərərdən qoruyur.
3. Səfər zamanı gözlənilməz hallar üçün
Sığorta yalnız tibbi halları deyil, digər vacib halları da əhatə edə bilər:
• Baqajın itməsi
• Gecikmiş və ya ləğv olunmuş reyslər
• Sənədlərin itməsi
• Turun yarımçıq qalması (qəza, ailə üzvünün xəstəliyi və s.)
4. Konsulluq üçün etibarlılıq göstəricisidir
Sığortalı səyyah Daha hazırlıqlı və məsuliyyətli görünür
Şengen vizası üçün professional dəstəyə ehtiyacınız varsa, bizə müraciət edin!
Ətraflı məlumat üçün bizə yaza və ya zəng edə bilərsiniz:
Email: [email protected]
Mob: 070 293 39 69 (+whatsapp)