Vizaya yox, Səyahətə hə!

MALAYZİYA
Tropik və rəngarəng təbiət, ləzzətli mətbəx və unikal mədəniyyət. Malayziyada gəzməli və görməli o qədər yer var ki… Ən əsası isə, “Petronas” qüllələri arasındakı körpüdən keçin. Əlbəttə, hündürlük qorxunuz yoxdursa.
TACİKİSTAN
Əsl səyyahlar bilirlər ki, bu ölkənin hər qarışı tarixlə nəfəs alır. Burada təbiəti və haykinqi sevənlər də məmnun qalacaqlar (məsələn Pamir dağlarına qalxmaq). Budda heykəlini də səyahət siyahınıza salın!
BOSNİYA VƏ HERSEQOVİNA
Avropanın “göbəyində” sizi təəccübləndirəcək kiçik ölkə. Həm də sakit, gözəl və ucuz. Məsələn, 2 AZN-ə bir fincan qəhvə alıb, gümrah olacaqsınız. O qədər gümrah ki, bir də gördünüz, Mostar körpüsündən suya baş vurursunuz.
MƏRAKEŞ
“Mumiya”, “Taxt-tac oyunları”, “Asteriks və Obeliks: Kleoparta missiyası” – Mərakeşdə çəkilmiş dünyaşöhrətli filmlərin kiçik bir hissəsidir. Bu seçim təsadüfi deyil. Şərq mədəniyyəti, sonsuz səhra və möhtəşəm memarlıq sizi də gözləyir.
BAHAM ADALARI
Heç bilirsiniz, Karib körfəzindəki bu ölkədə neçə ada var? 700! Hamısını gəzməyə vaxt edə bilməsəniz, açıq okeanda delfinlərlə üzməyi, Kraliça Viktoriya pilləkənlərini çıxmağı və səhərdən-axşama “Bahama Mama” mahnısını oxumağı qaçırmayın.