“Centrum Air” Bakı–Daşkənd reyslərinin icrasına başlayıb

“Centrum Air” Bakı–Daşkənd reyslərinin icrasına başlayıb

2025-ci il 5 may tarixindən etibarən Özbəkistanın “Centrum Air” aviaşirkəti Bakı–Daşkənd marşrutu üzrə müntəzəm birbaşa reyslərin icrasına başlayıb. Uçuşlar hər həftənin bazar ertəsi günü Airbus A320 təyyarələri ilə həyata keçirilir.

Daşkənd Özbəkistanın ən iri şəhəri və Mərkəzi Asiyanın əsas iqtisadi, mədəni və nəqliyyat mərkəzlərindən biridir. Bakı isə Avropa ilə Asiya arasında yerləşən aparıcı hava nəqliyyatı qovşağı kimi mövqeyini gücləndirməyə davam edir və beynəlxalq əlaqələrin genişlənməsinə töhfə verir. Paytaxtlar arasında birbaşa hava əlaqəsi sərnişinlər üçün turizm, biznes və humanitar əməkdaşlıq sahələrində əlavə imkanlar yaradır.

Ətraflı məlumat üçün bizə yaza və ya zəng edə bilərsiniz:
Email: [email protected]
Mob: 070 293 39 69 (+whatsapp)