Hamiləlik vaxtında uçuşlar

Hamiləlik vaxtında uçuşlar - Qadağalar, Doğuş, Vətəndaşlıq alınması.
Aviaşirkətlərin qaydaları dəyişə bilər. Uçuşdan əvvəl bütün detalları dəqiqləşdirmək məsləhət görürük.
Dünya Səhiyyə Təşkilatı uçuşdan imtina etməyi üç halda tövsiyə edir:
- Əgər doğuşdan 7 gün keçməyibsə.
- Əgər hamiləlik 36 həftədən artıqdırsa.
- Əgər hamiləlik çətinliklər ilə keçir.
✔ ƏVVƏLCƏDƏN NƏYİ BİLMƏK/GÖTÜRMƏK LAZIMDIR
Tövsiyələrdən biri — kompresyon çorablarının taxılmasıdır.
Təyyarəyə minərkən hamiləlik haqqında bütün məlumatların qeyd olunduğu sənədi özünüzlə götürməlisiniz.
Həmçinin özünüzlə mütləq dərman dəstini və rahat yerləşmək üçün yastıqları götürün.
Təyyarədə doğulan uşaq 3 növ vətəndaşlıq hüququna sahib ola bilər:
- Təyyarənin eniş etdiyi ölkənin vətəndaşlığı.
- Təyyarənin aid olduğu ölkənin vətəndaşlığı.
- Doğuş zamanında təyyarənin üzərindən keçdiyi ölkənin vətəndaşlığı.
Xoş bir bonus – bəzi aviaşirkətlər uşağa pulsuz uçuş hüququ verir.
Amma bu, məcburi bir şərt deyil. Belə hallarda çox vaxt məhdudiyyətlər tətbiq olunur. Məsələn, müəyyən sayda uçuş etmək və ya yalnız yetkinlik yaşına çatana qədər uçmaq mümkün olur.