Fast Track və Fast Line Xidmətləri

Fast Track və Fast Line Xidmətləri

Fast Track sərnişinlərin hava limanında bütün rəsmiyyətləri minimum vaxtla və maksimum rahatlıqla, təhlükəsizlik yoxlamasından uzun növbələrdə dayanmadan keçməyini təmin edən xidmət növüdür.

Bu xidmət, sərnişinlərə uçuşdan əvvəl uçuş salonunda daha çox vaxt keçirmək imkanı yaradır. Dünyanın bir çox hava limanında bu xidmət təklif olunur. Bu xidmətdən əsasən biznes və ya first klass sərnişinlər, tez-tez uçan sərnişinlər (frequent flyer) kart sahibləri istifadə edirlər. Məsələn, xidmət istifadəçiləri Londondakı Hitrou hava limanının qapısından daxil olduqdan sonra 8 dəqiqə ərzində bilet və təhlükəsizlik yoxlamasından keçə bilirlər. Halbuki yoxlama prosedurları üçün sərnişinlər adətən 60-70 dəqiqə sərf etməli olurlar.

Fast line xidməti – təyyarəyə çatdırılmada üstünlük daxil olmaqla genişləndirilmiş FAST TRACK xidmətidir. Xidmət xüsusi qeydiyyat masasında göstərilir.

“Fast Line”/"Fast Track" - Uçuş xidmətindən necə yararlanmaq olar?
1) Xidmət sahibi H.Əliyev adına hava limanının 1 və ya 2 saylı terminalda “Salam Service” masasına yaxınlaşır və “Salam Gold” xidməti üçün ərizə təqdim edir. Ərizəni əvvəlcədən Trips.az şirkətinə zəng etməklə (+994702933969) və ya [email protected] e-poçt ünvanına məktub göndərməklə təqdim etmək mümkündür.
2) Ərizəni qəbul etdikdən sonra hava limanının əməkdaşları sərnişinə hansı girişdən istifadə etməli olması barədə məlumat verirlər.
3) Hava limanının əməkdaşı sərnişini terminalın müvafiq girişinin qarşısında xüsusi lövhəcik ilə qarşılayır.
4) Hava limanının əməkdaşı və sərnişin ödəniş kartının yoxlanılması üçün “Salam Service” masasına yaxınlaşır.
5) Xidmətin mövcüdluğunun yoxlanışı uğurla keçəndən sonra sərnişinə portye xidməti təklif olunur.
6) Hava limanının əməkdaşı sərnişini qeydiyyat masasına qədər yola salır və onu növbəsiz qeydiyyatdan keçirir. Lazım olduqda, gömrük bəyannaməsinin doldurulmasına kömək göstərilə bilər. Daxili prosedurlardan sonra sərnişini ümumi gözləmə zalına ötürürlər. 
7) Miniyin başlanması elan edildikdən sonra hava limanının əməkdaşı sərnişini təyyarəyə minik üçün müvafiq çıxışa qədər yola salır.

“Fast Line”/"Fast Track" - Gəliş xidmətindən necə istifadə etmək olar?
1) Xidmət sahibi gəlişdən ən azı 3 saat əvvəl bu xidmətdən istifadə üçün ərizə təqdim etməlidir.
2) Ərizəni Trips.az şirkətinə zəng etməklə (+994702933969) və ya [email protected] e-poçt ünvanına məktub göndərməklə təqdim etmək mümkündür.
3) Hava limanının əməkdaşı sərnişini 1 saylı terminal zonasında ad və soyadın yazıldığı xüsusi lövhəcik ilə qarşılayır.
4) Görüşdən sonra hava limanının əməkdaşı sərnişindən onun pasportunu tələb edir. Pasport məlumatlarının ərizədə qeyd edilən məlumatlar ilə uyğunluğuna əmin olduqdan sonra əməkdaş sərnişini sərhəd zonasının qarşısındakı xüsusi masaya yola salır.
5) Əgər xidmətin mövcüdluğunun yoxlanışı uğurla keçərsə, sərnişin agentin müşayiəti ilə xüsusi masalarda (pasport və sərhəd nəzarəti) uçuş sonrası rəsmi prosedurlardan növbəsiz keçir.