Wizz Air Abu Dabiyə bütün uçuşları dayandırır

Aşağı büdcəli “Wizz Air” aviaşirkəti Yaxın Şərqdəki əməliyyat problemləri və geosiyasi hadisələrlə əlaqədar sentyabrın 1-dən Əbu-Dabiyə bütün uçuşları dayandırır.
Bununla əlaqədar sentyabrın 1-dən Bakı-Abudabi və Qəbələ-Abudabi reysləri dayandırılacaq.
"Təchizat zəncirindəki məhdudiyyətlər, geosiyasi qeyri-sabitlik və məhdud bazara çıxış bizim ilkin ambisiyalarımızı qoruyub saxlamağı getdikcə çətinləşdirib. Bu çətin qərar olsa da, şəraiti nəzərə alaraq bu, düzgün qərardır", - CEO József Váradi bildirib.
Wizz Air mərkəzi və Şərqi Avropadakı əsas bazarlara, eləcə də Avstriya, İtaliya və Böyük Britaniya kimi ölkələrə diqqət yetirəcək.