Bilet almadan öncə nələri bilməlisiniz?

Bir neçə miflər var ki, onların doğru olmadığını bir çox insan bilsə də, daha çoxu onlara inanır. İndi bu mifləri açıqlayacam, diqqətlə oxuyun.
1) Xüsusi günlər:
• Əslində isə, biletlərin daha da ucuzlaşdığı xüsusi günlər təqvimdə yoxdur. Uçuşları bron etmək üçün ən ideal vaxt mövsüm, tələb və təyinatdan asılıdır.
• Aviabiletlər mövsümi xarakterə malikdirlər. Bu da o deməkdir ki, ilin müxtəlif vaxtlarında bir istiqamətə tələbat (bilet qiymətləri də) dəyişə bilər.
• Amma daha sərfəli qiymətə bilet almaq üçün...
Mövsümə görə nə vaxt bilet alsanız, daha çox qənaət etmiş olacaqsınız.
✔ Qış - 2,5 ay (~70 gün) öncədən
✔ Yaz - üç ay (~90 gün) öncədən
✔ Yay - nə qədər tez alsanız, bir o qədər yaxşıdır. 2 ay (60 gün) öncədən
✔ Payız – 2,5 ay (~75 gün) öncədən
2) İstədiyiniz qədər axtarın:
Hesab olunur ki, bir istiqamətə biletləri nə qədər tez-tez axtarsan, biletin qiyməti bir o qədər bahalaşır.
Bu doğru deyil: istifadəçilərin 10 dəqiqə ərzində 10-dan çox eyni axtarış sorğusu etdiyi və 97%-də biletlərin qiymətinin dəyişməz qaldığı minlərlə halı təhlil etdik.
3) Birbaşa həmişə “daha baha” demək deyil:
Belə bir fikir var ki, uzun məsafələrə köçürmələrlə uçmaq həmişə birbaşa uçuşdan daha sərfəlidir.
Bu, hər zaman doğru deyil - məsələn, beynəlxalq reyslərdə birbaşa biletlər təyinat yerindən asılı olaraq 50-100 dollar ucuz olur. Növbəti dəfə uzaq bir yerə uçuşlar axtararkən bunu xatırlayın.
4) "Ucuz" saatlar:
Biletlərin ən ucuz olduğu saatlar yoxdur.
1 milyondan çox axtarışı təhlil edərək, vaxt və minimal bilet qiyməti arasında heç bir əlaqə tapmadıq.
5) iPhone-u atmağa tələsməyin:
Belə bir düşüncə var ki, iPhone sahibləri aviabiletlərdən hansısa gizli vergiyə cəlb olunurlar.
Əslində, iPhone və Android-dən axtarış edərkən eyni biletin qiyməti elə eyni də qalacaq. Beləliklə, telefonun modeli və əməliyyat sistemi uçuşların qiymətinə təsir etmir.