Biletdə səhv etdim. Necə düzəldim?

Bəzən biletləri tez alırıq və detallara diqqət yetirmirik. Bu da bəzən səhvlərə səbəb olur. **Ad** və ya **soyad** səhv yazılsa, **doğum tarixi** qarışsa, nə edək?

Bu hallardan necə qorunmaq olar və səhv baş versə, onu necə düzəltmək olar? Bu məqalədə bu haqda danışacağıq.

Məlumatı yoxlayın
Bir çox aviaşirkət, həm yerli, həm də xarici, ad və soyadın ingilis dilində yazılmasını tələb edir. Bu o deməkdir ki, məlumat xarici pasportdakı kimi yazılmalıdır. Bir neçə hərf səhvinə görə uçuşa buraxılmamaq heç kimə lazım deyil. Xarici ölkənin sərhədçiləri üçün “**Məcidov**” və “**Majidov**” tam fərqli soyadlar sayılır. **Ad** və **soyadınız** daha mürəkkəbdirsə, detallara diqqət edin.

Daxili reyslərdə və ya Türkiyəyə uçuş zamanı şəxsiyyət vəsiqəsi ilə uçmaq istəyirsinizsə, ad və soyadınızı şəxsiyyət vəsiqəsində olduğu kimi qeyd edin.

Səyahət həvəsi və bileti tez almaq bəzi səhvlərə gətirə bilər. Elektron biletinizi yoxlamağı tövsiyə edirik. E-mail ünvanınıza gələn biletdə məlumatı bir daha yoxlayın.


Səhvlərin düzəldilməsi
Bəzən **hərf**, **ad** və ya **soyadın ardıcıllığı**, **pasport nömrəsi**, **doğum tarixi**, hətta **cins** səhvləri olur.

Aviaşirkətlər dəyişiklikləri fərqli qaydalara uyğun olaraq edirlər. Bəziləri pulsuz, bəziləri əlavə ödəniş ilə dəyişiklik edir. Hər halda, aviaşirkətin saytında “**biletlərin dəyişdirilməsi**” bölümünə baxın. Tariflərdən asılı olaraq, dəyişikliklər mümkün və ya qeyri-mümkün ola bilər. Tarif nə qədər aşağıdırsa, üstünlüklər də o qədər azdır.

Aviaşirkət dəyişiklikdən imtina edə bilər. Saytda lazım olan məlumat yoxdursa, daşıyıcı ilə əlaqə saxlaya bilərsiniz.

Dəyişiklik ödəniş tələb edirsə, bunu 3 yolla edə bilərsiniz: **onlayn**, **aviaşirkətin kassasında**, hava limanında (uçuşdan ən azı bir saat əvvəl).

 

Aviaşirkətlər və qaydalar
Azəbaycan Hava Yolları və “Buta Airways” saytlarında belə qeyd var: “**Ad və soyad səhvlərini** düzəltmək üçün Çağrı mərkəzinə müraciət edə bilərsiniz. **Adı** və ya **soyadı** tam dəyişə bilmərik, yalnız **hərf səhvlərini** düzəldə bilərik.”

Aeroflot saytında “управление бронированием” bölümündə **cins**, **pasport nömrəsi** və **müddəti** pulsuz dəyişdirilə bilər.

“Utair” saytında məlumat onlayn dəyişdirilə bilər, lakin bu xidmət ödənişlidir.

Macarıstanın loukosteri «WizzAir» məlumatı onlayn dəyişdirmə imkanı verir, lakin uçuşa ən azı 3 saat qalmış. İki hərfə qədər düzəlişlər pulsuzdur, lakin üçdən çox düzəliş üçün 46 avro ödənilməlidir. Ətraflı məlumat üçün buraya baxın.

 

Soyadın dəyişdirilməsi
Biletdə tam soyadınızı dəyişdirmək üçün səbəb göstərməlisiniz, məsələn, evlilik. Evlilik şəhadətnaməsi təqdim edərək çox aviaşirkət bunu pulsuz edəcək. Əmin olmaq üçün, uçacağınız aviaşirkətlə əvvəlcədən dəqiqləşdirin.

Xarici aviaşirkətlər **evlilik şəhadətnaməsinin** ingilis dilində **notarial tərcüməsini** və hər iki **pasportun surətini** tələb edə bilər.

WizzAir isə, soyad dəyişimi üçün 46 avro ödəniş tələb edir.